Tarix : 2016 Feb 09
Kod 47853

Nelson Mandelanın nəvəsi müsəlman oldu

Mandla Mandela müsəlman oldu və Rabiyə adlı müsəlman xanımla evləndi.
Arannews- “İnsan haqları uğrunda mübarizə aparan məşhur Nelson Mandelanın nəvəsi müsəlman oldu və müsəlman ilə ailə həyatı qurdu”.
Bu xəbər dünyanın aparıcı media qaynaqlarının titr xəbərlərində verildi
“Mən və Rabiyə fərqli dini və mədəni ənələr içində böyüsəkdə, hər ikimizin ortaq bir nöqtəsi var idi və var , o da budur ki, hər ikimiz Cənubi Afriqaya bağlıyıq və onu sevirik”.
Bunu isə yenicə müsəlaman olan irqi ayrı - seçkiliyə qarşı məhşur mübariz Nelson Mandelanın nəvəsi Mandla Mandela müsəlman qadınla ailə həyatı qurmasından danışanrkən deyib
 Cənubi Afrika Respublikasının ilk qaradərili prezidenti olmuş Nelson Mandelanın nəvəsi Mandla Mandela müsəlman oldu və Rabiyə adlı müsəlman xanımla evləndi.
 Mandla Mandela ötən il İslam dinini qəbul edib. Bundan sonra o, fevral ayının 7-i Kensinqtonda yerləşən məscidlərin birində Rabiyə Klark ilə ailə həyatı qurub.
"Müxtəlif dini və mədəni ənənələr içində böyüməsinə baxmayaraq, bizim ailə həyatı qurmağımız bizim oxşarlığımızdan irəli gəlir", - deyə Rabiyə bildirib.
Cənubi Afrikanın paytaxtı Keyptaunda islamı qəbul edən Mandela Mandela Rabiyə Klarkın atası və Cənubi Afrika Müsəlmanları Birliyinə onu öz aralarına qəbul etdikləri üçün təşəkkür edib.


  • Yazılıb
  • da (də) 2016 Feb 09
  • Göndərən مدير سايت Aran News