Tarix : 2016 Feb 09
Kod 47854

Yəmən xalqı hegomonluq etmək istəyən ABŞ ilə mübarizə edir

yəmən xalqi hökumət, müstəqillik və azadlığa malikdir və özü öz dövlətini idarə edə və gələcəyə tərəf inkişaf edə bilər.
Arannews- Məhəmməd Əli Husi – Yəmən Xalq İnqilabı Komitəsinin rəisi, Hədidə əyalətinin Mədəniyyət Mərkəzində yerli şuraların üzvləri və məntəqənin alim və aydınları ilə görüşündə dedi: Dünyanın heç bir ölkəsi və beynəlxalq mütəcavizlər bizi dizə çökdürməyi, izzət, kəramət və şücaətimizi sındırmağı bacarmaz və heç kim Yəmən xalqının izzət və şərəfi ilə oynaya bilməz.
Məhəmməd Əli Husi – Yəmən Xalq İnqilabı Komitəsinin rəisi, əlavə etdi: Siz bilirsiniz ki, düşmən gül ilə gəlmir, onlar Yəmən xalqının iradəsini qırmaq üçün ölkənin fundamental gücünü hədəfə aldılar. Amma Yəmən və yəmənlilər heç kimə təcavüz etmədi. Yəmən xalqı hegomonluq etmək istəyən ABŞ ilə savaşır. Amerika Yəmə dəyən zərərləti azaltmaq qəsdi ilə guya bizim torpaqlardadır. Halbuki 300 min ev dağıdılıb və hər gün günahsız insanların evləri raket hədəflərinə çevirilir.
Məhəmməd Əli Husi – Yəmən Xalq İnqilabı Komitəsinin rəisi, dedi: Yəmən müstəqil dövlətdir. Beynəlxalq qanunlara və öz öhdəliklərinə əməl edir və Yəmənlə hörmətlə davranan qarşı hörmətlə davranır. Bizim xalqımız hökumət, müstəqillik və azadlığa malikdir və özü öz dövlətini idarə edər və gələcəyə tərəf inkişaf edə bilər.


  • Yazılıb
  • da (də) 2016 Feb 09
  • Göndərən مدير سايت Aran News