Tarix : 2016 Feb 09
Kod 47857

“Məhəmməd Rəsulullah (s)” filmi İraqda rəğbətlə qarşılandı

Filmin nümayişi bu ölkənin əhalisi, rəsmiləri və Əhli –Sünnə alimləri tərəfindən böyük maraqla izlənilib.
Arannews- "Məhəmməd Rəsulullah (s)" filminin beynəlxalq nümayişləri çərçivəsində film İraqın Bağdad amfiteatrında nümayiş olunub.
Filmin nümayişindən sonra İraqın mədəniyyət naziri Fəryad Ravandzi “Məhəmməd Rəsulullah (s) filminin İraqın digər şəhərlərində o cümlədən Kürdüstanda da  nümayiş etirilməsini istəyib.
O deyib ki, biz filmin İraqın digər şəhərlərində də nümayiş etdirilməsi üçün filmin rejissoru Məcid Məcidi ilə danışıqlar aparmışıq. O habelə iki ölkə arasında bu sahədə əməkdaşalıqların aparılmasını da zəruri saydı.
İraq ərəb ölkələri arasında ilk ölkədir ki, film orada nümayiş olunub. Filmin nümayişi bu ölkənin əhalisi, rəsmiləri və Əhli –Sünnə alimləri tərəfindən böyük maraqla izlənilib.


  • Yazılıb
  • da (də) 2016 Feb 09
  • Göndərən مدير سايت Aran News