İraq ordusu Səccariyyə, Cuybə, Həsibə və digər məntəqələri terrorçuların işğalından azad edərək, Rəmadi şəhərinə nəzarəti təkmilləşdirib.
Arannews- İraq ordusu və xalq qüvvələri Rəmadi şəhərinin bir neçə məntəqəsini İŞİD terrorçularının işğalından azad ediblər.
İraq ordusu Səccariyyə, Cuybə, Həsibə və digər məntəqələri terrorçuların işğalından azad edərək, Rəmadi şəhərinə nəzarəti təkmilləşdirib.
İraq ordusunun bu uğurları terrorçuların ağır tələfatı və itkilər verməsi ilə yanaşı olub.
Həmçinin, Rəmadi - Bağdad yolu da İŞİD terrorçularının məğlubiyyətinin ardınca tamamilə açılıb.
İraqdan daxil olan bir başqa məlumata görə, İraq ordusu və xalq qüvvələrinin müştərək əməliyyat qərargahının sözçüsü Yəyhya Rəsul Zübeydi Rəmadinin azad edilməsi əməliyyatında onlarla terrorçunun ölməsindən xəbər verib.