Tarix : 2016 Feb 10
Kod 47861

Islam İnqilabı qələbəsinin ildönümü Azərbaycanda qeyd olunub

Azərbaycan xalqının iştirakı ilə İslam İnqilabı qələbəsinin ildönümü qeyd olunub.
AranNews- Azərbaycan Respublikası xalqının müxtəlif təbəqələrinin iştirakı ilə Bakıda İslam İnqilabı qələbəsinin 37-ci ildönümü xas bir əzəmətlə qeyd olunub.
İran İslam Respublikasının Bakıdakı Səfirliyinin Mədəniyyət Mərkəzinin Şəhriyar Evində keçirilən bu mərasimdə Vəliyye Fəqihin Azərbaycan Respublikasındakı nümayəndəsi höccətulislam vəlmuslimin Ocaqnejad Həzrət İmam Xomeyni(r.ə)-in şəxsiyyətinin müxtəlif cəhətlərini və onun İslam İnqilabının qələbəsindəki misilsiz rolunu şərh edərək, deyib: Bu gün də bu inqilab onun haqlı naibi, Həzrət Ayətullahuluzma İmam Xamenei(rə) tərəfindən mətanət və əzəmətlə digər ölkələr üçün meyara çevrilibdir.
O, İmam Xomeyni (r.ə)-in islami təfəkkürü və rəhbərliyi, eləcə də xalq müqaviməti və birliyini İslam İnqilabının qələbəsindəki üç mühüm amil adlandırıb və belə əlavə edib: İran xalqı Həzrət Zeynəb(s.ə.) məktəbindən ilham almış səbir və təmkinlə bu inqilabı və onun amallarını qoruyacaqdır.
İran İslam Respublikasının Bakıdakı səfiri, Möhsün PakAyin də bu mərasimdə çıxış edib. O, İslam İnqilabını dünyadakı bütün azadlıqsevər insanlara aid bilib və belə deyib: Məhz İslam İnqilabının bərəkəti hesabına bu gün İran İslam Respublikası terrorizm, həmçinin dünyadakı zorakılıqlar qarşısında var gücü ilə dayanıbdır.
Bu mərasim İslam İnqilabı mövzusunda olan müxtəlif mədəni-bədii tədbirlərin icrası ilə başa çatıb.
  • Yazılıb
  • da (də) 2016 Feb 10
  • Göndərən مدير سايت Aran News