İŞİD İraqlı əsirlərin və məhbusların bədən üzvlərini satır.
Arannews- Mosulda 90-dan çox cəsəd polisin tibbi ekspertiziya idarəsiənə göndərəilib. Bu cəsədlər Mosul sakinlərinə aid idi, hamisi İŞİD tərəfindən əsir edilmişdilər. Mənbənin verdiyi məlumata görə, cəsədlərin bəzi bədən üzvləri götürülmüşdü. Cəsədlərdə aparılan yoxlamalardan məlum olub ki, bədən üzvləri ticarət məqsədi ilə götürülüb. Bu da dəlalət edir ki, İŞİD geniş şəkildə insan bədəninin üzvlərinin ticaərti ilə məşğuldur.
İraq tibbi mənbələrinin verdiyi məlumatda deyilir ki, bu cəsədlərin göz, böyrək və s... əzaları öncədən götürülmüşdür. Bu da göstərir ki, İŞİD insan qaçağı və insan əzalarının ticarəti ilə məşğuldur.
Qeyd edək ki, İŞİD 2014-cü ilin İyun ayının 10-da Mosulu işğal etmişdir. Hazırda bu şəhərdə insanların təhlükəsizliyi qorunmur, onlar hər cəhətdən böhran içindədirlər. İraq ordusu hazırda İŞİD mövqelərini bombalamaqla məşğuldur. Bu hücumlarda çox sayda terrorçu həlak edilmişdir.