Qabil Hüseynli: İran xalqının İslam İnqilabı bu ölkə tarixində əsaslı rol oynayıb, İslam İnqilabı ilə bu ölkə yeni mərhələyə daxil olub və o zamandan indyə qədər yaxşı nailiyyətlərlə bu prosesi davam etdirmişdir.
AranNews- Qabil Hüseynli Səhər-in müxbirinə verdiyi müsahibədə əlavə edib: İmam Xomeyni (rə), dünyanın böyük şəxsiyyətlərindəndir, mənim bu şəxsə xüsusi marağım və sevgim vardır. Allaha şükür bu gün onun yolu İranın hazırkı rəhbəri Ayətullah Xamenei tərəfindən davam edir və biz bu ölkədə böyük inkişafların şahidiyik.
Bu siyasi ekspert əlavə edib: Hazırda İran İslam Respublikası azad və demokratik ölkə olaraq inkişaf etmiş və rüşvət kimi ictimai problemləri olmayan ölkə olaraq digər ölkələr üçün yaxşı örnəyə çevrilmişdir.
İran İslam Respublikasının nüvə müzakirələrindəki qələbəsinə toxunan Hüseynli deyib: İranın inkişafının qızıl dövrü qərb tərəfindən tətbiq olunan sanksiyaların ləğvi ilə başlanmışdır və biz bu qonşu ölkədə daha güclü inkişafın şahidi olacağıq.
Qabil Hüseynli bildirib: İran İslam Respublikasında hazırkı inkişaf prosesi ilə Azərbaycan Respublikasının bu qonşu və ydost ölkəsi yaxın gələcəkdə dünyanın böyük qüdrətlərindən birinə çevriləcək.