Tarix : 2016 Feb 10
Kod 47867

"Suriya ordusunun irəliləyişləri davam edəcək"

Bəşşar Əsədin müşaviri:"Suriya ordusunun irəliləyişləri durmadan davam edəcək və onun məqsədi terrorçuların nəzarəti altında olan bütün şəhər və kəndləri azad etməkdir."
Arannews- Suriya prezidentinin müşaviri, Bəsinə Şaban deyib: Bəzi ölkələrin Suriyada müharibənin durdurulması üzrə diplomatik səyləri müəyyən məqsədlərə xidmət edir və buna görə də, bu səylərin uğur qazanacağına ümidvar olmaq olmaz.
Şaban əlavə edib: Atəşkəs təklifini irəli sürən ölkələr terrorizmin kökünün kəsilməsini istəməyən ölkələrdirlər. Onlar, hazırda zəifləmiş terrorçuların gücləndirilməsi məqsədi ilə belə bir təklif ilə çıxış edirlər.
Suriya prezidentinin mətbuat katibi həmçinin deyib: Suriyanın əsas məqsədi bu ölkənin Türkiyə ilə sərhədlərinin təhlükəsizliyini təmin etmək və Hələb şəhərinə nəzarəti yenidən bərpa etməkdir.
O, deyib: Suriya ordusunun irəliləyişləri durmadan davam edəcək və onun məqsədi terrorçuların nəzarəti altında olan bütün şəhər və kəndləri azad etməkdir.
Bəsinə Şaban sonda deyib: Suriyalı didərginlər böhranına görə Türkiyə məsuliyyət daşıyır və bu böhrandan Avropa ölkələrini təhrik etmək üçün istifadə edir.


  • Yazılıb
  • da (də) 2016 Feb 10
  • Göndərən مدير سايت Aran News