Dünyanın turizm xəritəsi terror hücumları, miqrant böhranları və epidemiya xəstəlikləri səbəbilə yenidən çəkilir.
AranNews- müsəlman ölkələrinə edilən turizm səfərlərində ciddi dərəcədə enmə müşahidə olunur.
Şimali Afrika regionunda, Tunisdə sahil kənarında turistlərə qarşı hücumların təşkil edilməsi, daha sonra Misirdə Rusiya sərnişin təyyarəsinin vurulması bu regiondakı turizm sektoruna ciddi zərbələr vurub.
AFP-də jurnalist Katia Dolmadjian imzası ilə yerləşdirilən analitik xəbərdə, dünyanın turizm sektoru son proseslər səbəbilə qiymətləndirilib. Dolmadjian 2015-ci ildə 1.2 milyard insanın səyahət etdiyini və əvvəlki illə müqayisədə bu rəqəmin 4.4 faiz artımla baş verdiyini ifadə edir.
O, Tunisdə baş verən hadisələrin turizm sektorunu məhvetmə səviyyəsinə gətirdiyini söyləyib. 2015-ci ildə Tunisdə otellərin, istirahət evlərinin boş qaldığı məqalədə qeyd olunub.
Türkiyədəki terror hücumları da turizmə böyük bir zərbə vurub. Belı ki, İstanbuldakı İŞİD hücumlarından sonra Türkiyəyə turizm sektoruna rezervasiya edənlərin sayında 40 faiz azalma müşahidə olunub.
Digər tərəfdən İordaniya kimi ölkələrdə hər hansı bir hücum olmamasına baxmayaraq keçən ay ərzində gələn turistlərin sayı baxımından 17 faiz enmə qeydə alınıb. Bu son 10 ilin ən az turist sayı mənasını verir.
Yaxın Şərq dövlətlərində vəziyyət pis olmasına baxmayaraq, sanksiyaların ləğv edilməsindən sonra İrana səfərlərin artdığı bildirilir.
Euromonitor turizm şirkətinin rəhbəri Wouter Geerts belə bir açıqlama ilə çıxış edib: "Bölgədə turist sayının azalması və ya artmasının təhlükəsizliklə əlaqəsi olduqca çoxdur".
Yaxın Şərq regionundakı vəziyyət belə olması, Yunanıstan, Portuqaliya və İspaniya kimi ölkələr də turist sayının artınına təsir edə biləcəyi gözlənilir.