Azərbaycan prezidenti İlham Əliyev, unvanladiği məktubda iranlı həmkarı Həsən Ruhanini ölkəsinin milli bayramı münasibəti ilə təbrik edib.
AranNews- dövlət başçısının məktubunda deyilir: “Hörmətli cənab prezident, İran İslam Respublikasının milli bayramı - İslam İnqilabının Qələbəsi günü münasibətilə sizi və sizin simanızda bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm. Əminəm ki, tarixən dostluq və mehriban qonşuluq şəraitində yaşamış xalqlarımızın iradəsinə uyğun olaraq qarşılıqlı etimad və dəstəyə əsaslanan dövlətlərarası münasibətlərimiz, ikitərəfli, regional və beynəlxalq çərçivədə əməkdaşlığımız bundan sonra da inkişaf edəcək və genişlənəcək. Bu xoş gündə sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost və qardaş İran xalqına sülh və rifah diləyirəm”.
Qeyd etmək lazimdir ki, İlham Əliyev fevralın sonunda İrana səfər edəcək. bunu İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayin deyib. Onun sözlərinə gprə, səfər İran prezidenti Həsən Ruhaninin dəvəti əsasında reallaşacaq: “Rəsmi səfər zamanı iqtisadiyyat və enerji sahəsində sənədlər imzalanacaq".