Aksiya iştirakçıları ölkədə siyasi quruluşun dəyişilməsi və demokratiyanın bərqərar edilməsini istəyiblər.
Arannews- Yüzlərlə nəfər Bəhreyndə siyasi məhbuslara azadlıq tələbi ilə aksiya keçirib.
əllərində Bəhreynin əl-Vifaq cəmiyyətinin baş katibi Şeyx Əli Salmanın fotoşəkillərini daşıyan insanlar siyasi məhbuslara azadlıq tələbi ilə aksiya keçiriblər.
Aksiya iştirakçıları ölkədə siyasi quruluşun dəyişilməsi və demokratiyanın bərqərar edilməsini də istəyiblər.
Bəhreyndə 14 fevral inqilabının ildönümünün yaxınlaşması ilə etiraz aksiyaları daha da genişlənir. Bununla paralel olaraq, Ali-Xəlifə rejiminin repressiyaları da artır.
Bəhreynin müxtəlif məntəqələrində Ali-Xəlifə rejiminə bağlı təhlükəsizlik qüvvələrinin sıxlığı artırılıb. Həmçinin, yoxlama buraxılış postlarının da sayı çoxaldılıb. Bütün bu tədbirlər ilə yanaşı, insanların evlərinə də qanunsuz basqınlar edilir və rejim ilə müxalif olanların həbsi davam edir.