terrorçular Dəməşqin ətrafında Məzaya qəsəbəsində Qızıl Aypara Cəmiyyəti və Qırmızı Xaç Komitəsinin avtomobillərinə tərəf atəş açıblar.
Arannews- Suriyanın paytaxtı Dəməşqin ətrafında Qırmızı Xaç Komitəsi və Qızıl Aypara Cəmiyyətinin avtomobilləri terrorçuların hücumlarına məruz qalıb.terrorçular Dəməşqin ətrafında Məzaya qəsəbəsində Qızıl Aypara Cəmiyyəti və Qırmızı Xaç Komitəsinin avtomobillərinə tərəf atəş açıblar. Nəticədə avtomobillərə zərər və ziyanlar dəyib. Bu avtomobillər hadisənin ardınca geri qayıtmağa məcbur olublar. Qırmızı Xaç Komitəsi və Qızıl Aypara Cəmiyyətinin avtomobilləri yaralıların Məzaya qəsəbəsindən çıxarılması məqsədi ilə bu qəsəbəyə gedirmişlər.
Terrorçular sivil əhalinin və təcili yardım maşınlarının Məzaya qəsəbəsinə girməsinə və ya bu qəsəbədən çıxmasına icazə vermirlər. Həmçinin, BMT, Qırmızı Xaç Komitəsi və Qızıl Aypara Cəmiyyətinin humanitar yardımlar daşıyan maşınlarına hücum edərək, onların qəsəbəyə girməsinə icazə vermirlər.