5 min 200-dən çox müxbir, fotoqraf və kinooperator 22 bəhmən yürrüşünü xəbərlə işıqlandırırş.
Arannews- İran İslam İnqilabı qələbəsinin 37-ci ildönümü günü yürüşü Tehranla yanaşı, İran boyu mindən çox şəhər, şəhrestan, məntəqə və dörd mindən yuxarı kənddə keçirildi.
5 min 200-dən çox müxbir, fotoqraf və kinooperator 22 bəhmən yürrüşünü xəbərlə işıqlandırır ki, bu miqdardan iki min daxili müxbir, fotoqraf və kinooperator və yalnız Tehranda 280 xarici müxbir, həm də bütün İran vilayətlərində üç mindən çox müxbir, fotoqraf və kinooperator xalqın22 bəhmən yürüşündəki iştirak qəhrəmanlığını əks etdirdi.
22 bəhmən yürüşünün ümumölkə qətnaməsi
Yürüş iştirakçıları 22 bəhmən yürüşünün ümumölkə qətnaməsində İran İslam Respublikasının raket qüdrəti xüsusiyyət təşkil etməklə müdafiə sənayesindəki nailiyyət və qabiliyyətlərini müzakirə olunmayan məsələ adlandırıblar.
Yürüş iştirakçıları bu qətnamədə dünyanın zalım qüvvələrinə xəbərdarlıq ediblər ki, əgər İranı zəiflətmək və hədələmək istəyərlərsə, İran xalqı silahlı qüvvələrin köməyilə avantürist düşmənlərə qətiyyətli və dağıdıcı cavab verəcək.
Bu qətnamədə İranın nüvə müzakirə komandasının səyləri yüksək dəyərləndirilərək, İslam İnqilabının Böyük Rəhbərinin nüvə anlaşmasının icra prosesi ilə bağlı göstərişlərinə ciddi diqqət göstərməyə təkid olunub və İranın dövləti və Milli Təhlükəsizlik Ali Şurasından istənilibdir ki, anlaşmanın hər cür pozulmasına cavab strategiyasını ciddi şəkildə gündəmə gətirsinlər.
İlahi 22 bəhmən yürüşünün iştirakçıları bu qətnamədə bildiriblər: İranın rəşadətli və başıuca xalqı fevralın 26-da İslam Şurası Məclisi və Rəhbərlik Xübreqanı Məclisinə keçiriləcək seçkilərdə özünün qəhrəmancasına, geniş və düşmən sındıran iştirakı ilə öz həmrəyliyi və yekdilliyi ilə dünya xalqlarının gözləri önündə digər bir qəhrəmanlıq yaradaraq, nümayiş etdirəcək.