Suriya ordusu qüvvələri ölkənin müxtəlif bölgələrində keçirdiyi əməliyyatlarda onlarla terrorçu öldürüblər.
Arannews- Suriya ordusu qüvvələri ölkənin şərqində Deyruz-Zurda əməliyyat keçirərək ən azı 20 terrorçunu öldürüblər.
Həmanın şimalı və şimal-şərqində də ordunun əməliyyatı nəticəsində 23 terrorçu öldürülüb.
Homsun şimalından əldə olunan məlumatlara görə, terrorçularla ordunun toqquşmasında çoxlu sayda terrorçu məhv edilib.
Digər tərəfdən Dəranın ətrafında terror başçılarından Qəsi Şəhab naməlum silahlı şəxslər tərəfindən öldürülüb. Son günlərdə terror qruplaşmalarının toqquşmaları ilə əlaqədar çoxlu məlumatlar yayımlanıb.
Həmçinin əl-Nüsrə Cəbhəsi terror qruplaşması bildirib ki, Cərud Renoks məntəqəsində bu terror qruplaşmasının başçılarından Əbu Mahir ləqəbli Əla Zahidə ordu qüvvələri tərəfindən həbs olunub.