Tarix : 2016 Feb 12
Kod 47883

Yəmən vətəndaşları böyük yürüş keçiriblər

Aksiyaçılar inqilabın və ictimai hərəkatın davam etdirilməsini vurğulayıb və Amerikanın Yəmən xalqına qarşı müharibəni dəstəkləməsini və birbaşa iştirak etməsini pisləyiblər.
Arannews- Yəmən vətəndaşları ölkə paytaxtı Sənada "11 Fevral İnqilabımız Amerikanın hərbi təcavüzünə qarşı davam edir" şüarı ilə böyük yürüş keçiriblər.
Aksiyaçılar inqilabın və ictimai hərəkatın davam etdirilməsini vurğulayıb və Amerikanın Yəmən xalqına qarşı müharibəni dəstəkləməsini və birbaşa iştirak etməsini pisləyiblər.
Yürüş iştirakçıları bayraqlar və Amerikanın Yəmənin infrastruktur obyektləri, yaşayış massivləri və müdafiəsiz sivillərinə qarşı hücumlardakı iştiraklarına qarşı yazılı parçaları daşıyıb və şüarlar səsləndiriblər.
Etirazçılar bildiriblər: Yəmənə qarşı vəhşicəsinə cinayətlərdə Amerikanın Ərəbistanla əlbir olması Birləşmiş Ştatların insan haqlarını müdafiə etməsi və ölkələrin və xalqların müstəqilliyinə dair iddiasının əsassız olduğunu sübut edir.



  • Yazılıb
  • da (də) 2016 Feb 12
  • Göndərən مدير سايت Aran News