Tarix : 2016 Feb 12
Kod 47884

İraq ordusu qüvvələri çoxli sayda terrorçuni məhv edib

İraq ordusu qüvvələrinin keçirdiyi əməliyyatda ən azı 80 terrorçu öldürülüb.
Arannews- Bağdad Əməliyyat Komandanlığı bir bəyanatda bildirib ki, İraq qüvvələri Bağdadın qərbində əl-Buşəcəl məntəqəsində 20 İŞİD terrorçusunu öldürüb, 17 terrorçunu da yaralayıblar.
İraq qüvvələri həmçinin İŞİD terrorçularının mövqelərini də atəşə tutublar.
Bağdad Əməliyyat Komandanlığının bildirdiyinə görə, İraq ordusunun hərbi helikopterləri də paytaxtın cənub-qərbində İŞİD mövqlərinə hücum ediblər. Nəticədə 13 terrorçu öldürülüb.
İraq qüvvələri həmçinin Səlahəddin vilayətinin Samirra şəhərində terrorçuların hücumunu zərərsizləşdiriblər.
Başqa bir məlumata görə, İraq qüvvələri Fəllucənin şimalında əl-Buəli Fəyyaz və Ərmilə məntəqələrini azad ediblər. Bu əməliyyat zamanı 62 İŞİD terrorçusu öldürülüb.
Neynəvanın Azadlığı Əməliyyat Komandanlığı da bu ölkə ordusu qüvvələrinin Neynəva vilayətinin azad olunması əməliyyatına başlanmasına hazır olduğunu bildirib.
İraq ordusu əl-Anbar vilayətində Hit və Kəbisə məntəqələri sakinlərindən ordunun İŞİD əleyhinə əməliyyata başlaması üçün bu məntəqələri tərk etmələrini istəyib.



  • Yazılıb
  • da (də) 2016 Feb 12
  • Göndərən مدير سايت Aran News