Livan Hizbullahının baş katib müavini: "sionist rejimi hazırkı şəraitdə sabitliyə malik deyil və öz gücünü toplamaq üçün xarici hadisələrə arxalanır"
Arannews- Livan Hizbullahının baş katib müavini deyib: Müqavimət heç vaxt sionist düşmənin fitnələri və təhdidləri qarşısında qafil olmayıb.
Şeyx Nəim Qasim cümə günü Beyrutda deyib: Hizbullah Suriyadakı iştirakına baxmayaraq, bir an olsun belə sionist rejiminin hərəkətlərindən qafil olmayıb və davamlı olaraq sionistlərin hərəkətlərini diqqətlə izləyir.
Şeyx Nəim Qasim Livan Hizbullahının sionist rejimi ordusunun Livana ehtimal olunan hücumuna qarşılıq verməyə hazır olduğunu bildirb və deyib: sionist rejimi hazırkı şəraitdə sabitliyə malik deyil və öz gücünü toplamaq üçün xarici hadisələrə arxalanır.