Tarix : 2016 Feb 13
Kod 47888

Ərəbistan vətəndaşları böyük etiraz aksiyasi keçiriblər

Ərəbistanın şərqində yerləşən Qətif məntəqəsinin əhalisi geniş etiraz aksiyası təşkil edərək,...
Arannews- Ərəbistanın şərqində yerləşən Qətif məntəqəsinin əhalisi geniş etiraz aksiyası təşkil edərək, tanınmış şiə ruhani Şeyx Nimr Baqir əl-Nimrin edam edilməsinin qırğıncı günündə, onun xatirəsini anıblar.
Ali-Səud rejimi 2016-cı ilin 2 yanvar tarixində Şeyx Nimr Baqir Əl-Nimri edam etmişdi.
Şeyx Nimrin edam edilməsi region və dünyada Ərəbistan əleyhinə etirazların genişlənməsinə səbəb olmuşdu.
aksiya iştirakçıları Ali-Səud rejimi əleyhinə şüarlar səsləndirib, Şeyx Nimrin edam edilməsini qınayıblar.
Ərəbistanın şərq sakinləri ölkədə insan haqlarını pozanların cəzalandırılmasını tələb edərək, öz haqlı tələblərinin gerçəkləşəcəyi zamana kimi, mübarizənin davam edəcəyinə təkid ediblər.
Ərəbistan xalqının ölkədə siyasi, ictimai və mədəni islahatların aparılması üzrə tələblərinə cavab olaraq, Ali-Səud rejimi xalqa qarşı repressiyalarını gücləndirir.
Ərəbistanın şərqində yerləşən Əl-Əhsa məntəqəsinin fəalları bildirirlər ki, təhlükəsizlik qüvvələri Əl-Əhsa məntəqəsinin imam cüməsi Hüseyn Razinin xütbələrinə mane olmaq üçün, onu ev dustağı ediblər.


  • Yazılıb
  • da (də) 2016 Feb 13
  • Göndərən مدير سايت Aran News