ABŞ bir daha Dağlıq Qarabağ məsələsində Azərbaycana xəyanət edib və Ermənistanın bu ölkəyə qarşı işğalçılıq siyasətini dəstəkləyib.
AranNews- Bir müddət öncə müxtəlif medialar Avropa Şurası Parlament Assambleyasında Dağlıq Qarabağda zorakılığın genişlənməsi ilə əlaqədar layihənin təsdiqlənməməsinə dair xəbərlər yayımladılar.
Bu layihə Robert Oltrin tərəfindən hazırlanmış və tamamilə Azərbaycan Respublikasının milli mənafeyini təmin edirdi. Hazırda da bu layihənin təsdiqlənməməsi barəsində Amerikanın əsaslı roluna dair xəbərlər yayılır. Bildirilir ki, ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə xüsusi köməkçisi Viktoria Noland şəxsən bu layihənin AŞPA-da təsdiqlənməməsində xüsusi rola malik olub. Həmçinin bildirilir ki, erməni lobbisinin təzyiqi və təsiri ilə bu işə əl atıb.
Əsas sual budur ki, əgər Amerika, Azərbaycan Respublikasının ərazi bütövlüyünə dair bir sənədin təsdiqlənməməsində mövqe sərgiləyirsə, o zaman Dağlıq Qarabağ böhranının həlli barəsində Amerikadan ədalətli bir mövqenin sərgilənməsini necə gözləyə bilərik?
Digər tərəfdən nəticə almaq olar ki, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün Azərbaycan hökuməti tərəfindən Minsk Qrupu çərçivəsindən kənar başqa bir həll yolunun axtarılması düzgün qərar sayıla bilər./Yeni Müsavat