Tarix : 2016 Feb 13
Kod 47890

Bəhreyn xalqi etiraz aksiyası keçirdilər

Bəhreyn əhalisi bir etiraz aksiyası keçirərək, "Mədəni itaətsizlik" aksiyasına başladığını bildirib.
Arannews- Bəhreyn hökuməti ilə müxalif olanlar cümə günü bu ölkə inqilabının 5-ci ildönümü munsibəti ilə ölkə səviyyəsində "Mədəni itaətsizlik" adı altında aksiyaya başlayıblar.
Bu etiiraz aksiyaları zamanı Nəvidrat məntəqəsində aksiya iştirakçıları ilə təhlükəsizlik qüvvələri arasında qarşıdurma yaşanıb.
Təhlükəsizlik qüvvələri bu hadisə zamanı 2 nəfəri həbs ediblər.
Sar, Sənabis, Müsəlla, Moqabe, Biladül Qədim, Mərəx, Nəbi Saleh, Bəni Cəmrə, Əbu Qüvvə və Kurə məntəqələrində də etiraz aksiyaları keçirilib.
Bəhreyn xalqı Sitrə adasında da etiraz aksiyası keçirib, hakim rejim əleyhinə şüarlar veriblər.


  • Yazılıb
  • da (də) 2016 Feb 13
  • Göndərən مدير سايت Aran News