Eldəniz Quliyev: “Hesab edirəm ki, normal, demokartik ölkədlərdə insan amili əsas rol oynayır”.
AranNews- Ölkədə hər addımbaşı qənaət rejiminə riayət edilmə ilə bağlı tövsiyələr verilir. Hətta gecə saatlarında şəhərin mərkəzində belə küçə işıqları söndürülür və bunu qənaətlə əlaqələndirirlər. Amma bu qənaət heç də hər yerdə müşahidə olunmur.
Belə ki, bu günlərdə SOCAR və Beynəlxalq Cüdo Federasiyası (İJF) arasında tərəfdaşlıq müqaviləsi bağlanılıb. İJF-nin rəsmi saytı xəbər verir ki, sazişi Budapeştdə SOCAR və Azərbaycan Cüdo Federasiyasının prezidenti Rövnəq Abdullayev və Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizer imzalayıblar. Anlaşma dörd il müddətinə nəzərdə tutulub.
Mövzu ilə bağlı Ziyalılar Birliyinin sədri, Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Eldəniz Quliyev deyib ki, Məmurların özlərinin, ailələrinin dəbdəbəli yaşam tərzləri davam etdirilir: “Hesab edirəm ki, normal, demokartik ölkədlərdə insan amili əsas rol oynayır. İnsana yönəlik siyasət yürüdülür.
Yürüdülən bütün siyasət vətəndaşların maddi və mənəvi rifahının yüksəldilməsinə istiqamətlənir. Azərbaycanda təəssüf hissi ilə deyə bilərik ki, vətəndaşa hörmətsizliyin nümunəsini hər gün görürük. Dünyada baş verən iqtisadi-maliyyə böhranı Azərbaycandan da yan ötməyib. Ölkədə baş verən iqtisadi gerilməni müəyyən dərəcədə anlamaq olar. Amma bu fərq elə kəskin sürətdə görünməməlidir.
Böhran dünyanın bir çox ölkələrində var. Amma onlar bu duruma qədər düşməyiblər. Azərbaycanda mənasız layihələr davam etdirilir. Məmurların özlərinin, ailələrinin dəbdəbəli yaşam tərzləri davam etdirilir. Digər tərəfdən də 20 qəpiklik suxarı ala bilməyən vətəndaş intihar həddinə qədər gəlib çatır. Bu prosesləri ölkədə paralel surətdə görürük. Bu ondan xəbər verir ki, ölkədə vətəndaşa dəyər verilmir.
Proseslər bu cür davam edəcəyi təqdirdə müəyyən qarşıdurmalara səbəb olacaq. Hökumət mütləq bu cür addımlarından çəkinməlidir. Hər halda ölkəni idarə edənlər mütləq şəkildə ortaya anti-böhran planaları qoymalıdırlar”.