Tarix : 2016 Feb 13
Kod 47892

İslam İnqilabının ildönümü Naxçıvanda qeyd olunub

İran İslam İnqilabının 37-ci ildönümü ilə yanaşı Naxçıvan Muxtar Respublkasında şənlik mərasimi keçirilib.


AranNews-
Naxçıvan Muxtar Respublikasının baş naziri, nazirləri, yüksək səviyyəli rəsmiləri, müxtəlif bölgələrin icra başçıları, dövlət təşkilatlarının başçıları, iqtisadi və ticarət şirkətlərinin direktorları və universitetlərinin rəhbərləri, Türkiyənin Naxçıvandakı baş konsulu və bu respublikadakı diplomatların iştirak etdiyi bu mərasim Naxçıvan şəhərinin Duzdağ otelinin zalında keçirilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov İran İslam İnqilabının qələbəsinin ildönümü münasibəti ilə İranı təbrik edərək deyib: İki ölkə münasibətləri prezidentlərin iradəsi ilə daha artıq güclənib və Azərbaycan prezidenti İlham Əliyevin dediyi kimi İran və Azərbaycan münasibətləri çox sürətlə inkişaf edir.
Talıbov əlavə edib: Mərhum prezident Heydər Əliyevin əsasını qoyduğu Azərbaycan İran əlaqələri müxtəlif sahələrdə bu gün dostluq, qardaşlıq və ikitərəfli əməkdaşlıqlar çərçivəsində davam edir.
Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbov son illər ərzində imzalanan anlaşmalar və iki ölkə rəsmilərinin görüşlərində əldə olunan razılaşmaları iki ölkənin iqtisadi, siyasi və mədəni əlaqələrinin genişlənməsində önəmli amil adlandırıb və deyib: Naxçıvan Muxtar Respublikasının Qərbi və Şərqi Azərbaycan vilayətləri ilə əlaqələri yüksələn xətt üzrə inkişaf edir və müxtəlif iqtisadi, sənaye, mədəni, universitet, turizm və idman sahələrində inkişaf etməkdədir.
İranın Naxçıvandakı baş konsulu Mənsur Ayrım da əzəmətli İslam İnqilabının qələbəsindən 37 ilin keçməsi və İran da İslam Respublikası quruluşunun bərqərar olunmasına toxunub və deyib: Bu illər ərzində İran xalqı inqilabın banisi İmam Xomeyninin (rə) təlimlərindən dərs alaraq izzət və başıucalıqla çoxlu eniş-yoxuşları arxada qoymuş və müxtəlif beynəlxalq siyasi, iqtisadi, mədəni, elmi və təlim sahələrində gözə çarpacaq uğurlara nail olmuşdur.
Ayrım dünyanın 6 qüdrəti ilə müzakirələr, Əhatəli Müştərək Təşəbbüs Proqramının imzalanması və onun icra olunması üzrə İranın nailiyyətini xalqın bütün sanksiyalar və təhdidlər qarşısındakı 12 illik müqaviməti, İslam İnqilabının Böyük Rəhbərinin şücaətli və dahiyanə rəhbərliyi, prezidentin müdrik siyasəti, xarici işlər nazirinin başçılığı ilə müzakirə heyətinin ciddiliyi və mətanətinin nəticəsi adlandırıb və deyib: Əhatəli Müştərək Təşəbbüs Proqramının icra olunması ilə İran beynəlxalq iqtisadiyyatda güclü iştirakına şərait yaranacaq və İran regiondakı öz layiqli yerini reallaşdıracaqdır.
Ayrım sözlərinin davamında İranın bütün ölkəklər, xüsusilə də qonşu ölkələrlə dostluq əlaqələrinin gücləndirilməsi üzrə xarici siyasətinin prinsiplərini vurğulayıb, İranın Azərbaycan və Naxçıvan Muxtar Respublikası ilə əlaqələrinin inkişafda olduğuna toxunaraq iki ölkə arasında əlaqələrin daha da genişlənməsini vurğulayıb.
Klassik musiqinin icrası, İranın müxtəlif sahələrdəki inkişaflarını əks etdirən filmin azərbaycanca yayımı, İranın tarixi, mədəni və turizm potensialları ilə əlaqədar tanışlıq kitabları və əl işləri sənayesinin əsərləri üzrə sərginin keçirilməsi, bu mərasimin digər proqramlarından olub./səhərtv
  • Yazılıb
  • da (də) 2016 Feb 13
  • Göndərən مدير سايت Aran News