İran prezidenti Həsən Ruhani III Yüksək Səviyyəli Stratrji Əməkdaşlıq (YSSƏ) iclası çərçivəsində Türkiyəyə səfər edəcək. Türkiyənin baş naziri Əhməd Davudoğlu İrana rəsmi səfər edəcək.
AranNews- bu barədə İran İslam respublikasının Türkiyədəki səfiri Əlirza Bikdeli məlumat verib.
Vəzifə müddətinin başa çatması münasibəti ilə yerli jurnalistlər üçün dəvət təşkil edən səfir tədbirdə iki ölkə arasındakı əməkdaşlığın inkişafından danışıb.
Ötən gün İran xarici işlər nazirinin müavini İbrahim Rəhimpurla Türkiyə Xarici İşlər Nazirliyi Aparatının sədri Feridun Sinirlioğlunun görüşdüyünü deyən diplomat 2016-cı ildə iki ölkə arasında keçiriləcək rəsmi görüşlərin proqramları barədə razılığa gəlindiyini açıqlayıb.
Fəaliyyət müddəti başa çatan səfir Əlirza Bikdeli, Təxminən 5 saat davam edən toplantından sonra bildirilib ki, cari ilin birinci yarısında Türkiyənin baş naziri Əhməd Davudoğlu İrana rəsmi səfərə gedəcək.
Bundan sonra III YSSƏ iclası çərçivəsində İran prezidenti Həsən Ruhani Türkiyəyə səfər edəcək. Həsən Ruhaninin həmin iclasda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla birlikdə həmsədr olacaqları bildirilib. Həmçinin eyni dövrdə Türkiyə-İran müştərək iqtisadi şurasının iclası da Ankarada keçiriləcək. Bu iclasın tarixi isə qarşıdakı günlərdə məlum olacaq.
Bundan başqa sanksiyaların ləğvindən sonra Türkiyə Sənayeçi və İş adamları Dərnəyinin (TÜSİAD) bir qrup üzvü də İrana səfərə gedəcək. Səfir Bikdeli hətta sanksiyalar dövründə Türkiyə ilə İranın 23 milyard dollar həcmində ticarət dövriyyəsi olduğunu, artıq bu həcmin daha da artacağını deyib.
“Hətta sanksiyaların olduğu dövrdə 23 milyard dollarlıq ticarət həcmimiz olub. Bu rəqəmin 35 milyard dollara çatması mümkün görünür. Arbitraj başa çatdı. Bundan sonra enerji sahəsindəki əməkdaşlığımız daha da sürətlənərək davam edəcək. Sanksiyalar vaxtı Türkiyə İran xalqının yanında olub.
Bunu unutmayacağıq. Təcili hərəkət etməliyik ki, bu böyük bazar rəqiblərin əlinə keçməsin.” – deyə iranlı diplomat bildirib.