Tarix : 2016 Feb 14
Kod 47895

Yəmən ordusundan terrorçulara qarşi ağir zərbələr

Suriya ordusu Həma şəhərinin şərq hissəsində bir sıra məntəqələri terrorçulardan azad edib.
Arannews-Suriya ordusu ölkənin qərbində yerləşən Həma şəhərinin şərq hissəsində bir sıra məntəqələri terrorçulardan azad edib.
Suriya ordusu Həma şəhərinin şərqində yerləşən Hübbül-Səd və Rəsm Amun kəndlərini habelə, Həma şəhərinin şərqində yerləşən yüksəklikləri və Hələb-Dəməşq şose yoluna yaxın əraziləri terrorçuların işğalından azad edib.
Suriya ordusu həmçinin, könüllü xalq qüvvələrinin dəstəyi ilə Laziqiyyənin şimal-şərqində yerləşən Məhur kəndini və Ziyarətül Bəyzə dağını azad ediblər.
Suriyalı qüvvələr İŞİD terrorçularının Deyrəl-Zur hava limanının cənubuna olan hücumlarını da zərərsizləşdiriblər. Bu əməliyyat zamanı bir neçə terrorçu məhv edilib.
Suriyadan daxil olan bir başqa məlumata görə, Suriya ordusu Deyrəl-Zurun ətrafında yerləşən Cəfrə kəndində terrorçulara məxsus Kənkurz raket bazasını məhv ediblər. Bu əməliyyat zamanı onlarla terrorçu məhv edilib.
Suriya ordusu və xalq qüvvələri terrorçuların nəzarəti altında olan ərazilərə qarşı havadan və qurudan hücumlarını davam etdirərək, bir çox irəliləyişlərə malik olublar. Belə ki, Hələb, Homs və Laziqiyyənin ətraf hissələrində bir sıra ərazilərə nəzarət artıq təmin edilib. 

  • Yazılıb
  • da (də) 2016 Feb 14
  • Göndərən مدير سايت Aran News