Tarix : 2016 Feb 14
Kod 47896

Fələstin xalqinin müqaviməti dəvam edəcək

Fələstinli mübarizlər və müqavimət qüvvələri heç vaxt sionist düşmənə təslim olmayacaq və işğal altındakı bütün ərazilərin tam şəkildə azad ediləcəyi zamana kimi, müqaviməti davam etdirəcək.
Arannews- Fələstin İslami Müqavimət Hərəkatının (Həmas) hərbi qolu Fələstin ərazilərinin işğaldan tam şəkildə azad ediləcəyi zamana kimi müqavimətin davam etdiriləcəyini bildirib.
İzzəddin Qəssam batalyonları bir bəyanat yayaraq, bildirb ki, Fələstin torpaqlarını və xalqını müdafiə bu batalyon üçün böyük bir fəxrdir.
Bu bəyanata görə, Fələstinli mübarizlər və müqavimət qüvvələri heç vaxt sionist düşmənə təslim olmayacaq və işğal altındakı bütün ərazilərin tam şəkildə azad ediləcəyi zamana kimi, müqaviməti davam etdirəcək.
Həmas-ın hərbi qanadı həmçinin bildirib: Fələstinlilərin şəhid edilməsi heç vaxt fələstinlilərin mübarizədən əl çəkmələrinə səbəb olmayacaq.


  • Yazılıb
  • da (də) 2016 Feb 14
  • Göndərən مدير سايت Aran News