Ərəbistan İraq ərazisinə təcavüz edəcəyi təqdirdə bu ölkə ərəbistan hərbçiləri üçün qəbiristanlığa çeviriləcək.
Arannews- İraqın könüllü xalq qüvvələrinin komandanı Ərəbistana xəbərdarlıq edib: " Təcavüz məqsədi ilə İraq sərhədlərinə yaxınlaşsanız, bu ölkəni Ərəbistan hərbçiləri üçün qəbiristanlığa çevirərik".Əhməd əl-Əsədi Ərəbistan təcavüzkarlarının Yəməndə həlak olmalarına işarə edərək, deyib: İraqlılar bundan öncə dəfələrlə Ərəbistan və onun himayədarlarının fitnələrinin və təhrikedici hərəkətlərinin şahidi olub. Amma, hazırkı şəraitdə Ərəbistan İraq ərazisinə təcavüz edəcəyi təqdirdə ciddi reaksiya ilə üzləşəcək.
İraq Parlamentinin Təhlükəsizlik və Müdafiə Komissiyası da Ərəbistan silahlı qüvvələrinin İraq sərhədləri yaxınlığında hərbi manevr keçirməsi barədə xəbərdarlıq edib.
ABŞ, Ərəbistan, İordaniya və Sudan ötən həftə İraq sərhədlərinə yaxın ərazilərdə hərbi manevrə başlayıblar. Bu hərbi manevrdə məqsəd İraq sünnilərini himayə məqsədi ilə bu ölkə ərazisinə girməyə hazırlıq elan edilib.