Suriyada terrorçuların məğlubiyyəti bu ölkə ordusuna və Suriyanı himayə edən ölkələrə görədir.
Arannews- Livan Hizbullahı ABŞ, Ərəbistan və Türkiyənin Suriya ilə bağlı planlarının uğursuzluğa uğradığını bildirib.Livan Hizbullahının İcra Şurasının sədri Haşim Səfiəddin deyib: Suriyanın Hələb şəhərində cərəyan edən son hadisələr, bu savaşda terrorçuların məğlub olduğunu deməyə əsas verir.
Səfiəddin deyib: Ərəbistan və Türkiyənin qüdrət uğrundakı savaşı əslində onların regionda uğradıqları uğursuzluqları ört-basdır etmək üçündür.
Livan Hizbullahının İcra Şurasının sədri həmçinin deyib: Ərəbistan və Türkiyə terrorçuların Suriyadakı məğlubiyyətini öz adlarına çıxmağa çalışırlar. Halbuki, Suriyada terrorçuların məğlubiyyəti bu ölkə ordusuna və Suriyanı himayə edən ölkələrə görədir.