AranNews- Bunu Kaxa Kaladzenin özü jurnalistlərə açıqlamasında söyləyib. O, İrana səfəri zamanı Iranin xarici işlər naziri və vitse-prezidenti ilə görüşəcəyini bildirib:
“Bizim aramızda İran qazının Gürcüstana ötürülməsi məsələsi müzakirə ediləcək. Siz yəqin ki, İran səfirinin açıqlamasını eşitdiniz. Onlar Gürcüstana təbii qaz verməyə hazır olduqlarını söyləyiblər. Bu qazın Gürcüstana çatdırılması üçün artıq iki yol var. Bunlar isə Ermənistan və Azərbaycandan keçir”.