Tarix : 2016 Feb 14
Kod 47901

Azərbaycanda işgəncə faktlari qətiyyən azalmayib

Azərbaycan cəzaçəkmə müəssisələri sürətlə məhkumların qətliam məntəqəsinə çevrilməkdədir.
AranNews- Azərbaycanda qorxutmaq, hədə-qorxu gəlmək, ac saxlamaq, döymək, cibə narkotik maddə atmaq, psixoloji təzyiq göstərmək, psixotrop maddələr vermək, güclü elektrik lampasının işığı altında saxlamaq kimi işgəncə metodları geniş yayılıb.


“Karsa” salınan hüquq müdafiəçisinin vəziyyəti ağırdır
Hüquq müdafiəçisi, siyasi məhbus Taleh Xasməmmədovun səhhətində yaranmış problem və müalicəsinə imkan verilməməsi ilə bağlı həyat yoldaşının aidiyyəti qurumlara müraciət etməsindən sonra onu saxlandığı 17 saylı CÇM- də işgəncə verib “karsa”salıblar. Bu barədə Moderator.az-a hüquq müdafiəçisi Oqtay Gülalıyev məlumat verib.  Onun sözlərinə görə, Taleh Xasməmmədovun səhhəti getdikcə pisləşməkdədir.


İşgəncə ilə oldürülən dustağ
Penitensiar Xidmətin 6 saylı cəzaçəkmə müəssisəndə məhkumun döyülərək öldürülməsi barədə xəbər vermişdik. Həmin şəxs Hövsan qəsəbəsində yaşayan 26 yaşlı Nurani İbrahimovdur. Mərhumun qardaşı Ramin İbrahimov Criminal-a açıqlamasında bildirdi ki, qardaşını həbsxanananın əməkdaşları döyərək öldürüb.
Onun sözlərinə görə, qardaşı döyülərək öldürülsə də, onun mədəsindən dünyasını dəyişdiyi bildirilir: “Qardaşımı döyərək öldürüblər. Bədənində döyülmə işləri var. Biləyində qandalın yeri göyərib, əlləri şişib”. R.İbrahimov əlavə etdi ki, qardaşı adam bıçaqladığına görə 7 il müddətinə azadlıqdan məhrum edilmişdi. Artıq 4 il 3 ay idi 2 saylı cəzaçəkmə müəssisəsimdə cəza çəkirdi. Lakin 2 saylı cəzaçəkmə müəssisəsinin rəisi Eyvaz Əsgərov (Nəqliyyat nazirinin müavini Arif Əsgərovun qardaşı) dəyişiləndən sonra 3 gün əvvəl qardaşı da daxil olmaqla bir neçə dustaq 6 saylı cəzaçəkmə müəssisəsinə aparılıb və hadisə baş verdi.
Xatırladaq ki, 2 saylı cəzaçəkmə müəssisəsinin yeni rəisi Elçin Əlicanovdur.
Məsələ ilə bağlı Penitensiar Xidmət hələ də açıqlama vermir.
Azərbaycanda qanunlar işgəncə qurğularından istifadəni qəti qadağan edir. Apardığımız müşahidələrdə və aldığımız şikayətlərdə polis bölmələri, istintaq təcridxanaları və həbsxanalarda işgəncə qurğularından istifadə edilməsi faktlarına rast gəlməmişik.
Azərbaycan hökuməti işgəncələrin qarşısını almaq üçün effektli tədbirlər görmür: “Hökumət guya işgəncələr əleyhinə müvafiq tədbirlər həyata keçirir. Amma Azərbaycanda işgəncə halları geniş yayılıb. İşgəncə və pis rəftar üçün isə heç də hansısa qurğunun olması vacib deyil.
  • Yazılıb
  • da (də) 2016 Feb 14
  • Göndərən مدير سايت Aran News