Tarix : 2016 Feb 14
Kod 47903

Azərbaycanlı deputatlar, sionist rejim başçisinin qəbulunda

Musəlman və şiə Azərbaycan Xalqinin numayəndələri, İsrail prezidentinin qəbulunda oldular.
AranNews- Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun başçılığı ilə komitənin sədr müavini Sevinc Fətəliyeva, Azərbaycan-İsrail parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Yevda Abramov, Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə, Bakıdakı İsrail Mərkəzinin rəhbəri Emiliya Xudiyeva İsrail parlamentinin dəvəti ilə bu ölkədə səfərdə olublar.
Milli Məclisin mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycan nümayəndə heyəti səfər çərçivəsində İsrail prezidenti Ruvi Rivlin, Knessetin (İsrail parlamenti) spikeri Yuli-Yoel Edelşteyn, İsrail Knessetinin Beynəlxalq əlaqələr və müdafiə məsələləri üzrə komitəsinin sədri Tzaçi Haneqbi, İsrail-Azərbaycan Parlamentlərarası dostluq qrupunun sədri, “İsrail bizim evimizdir” partiyasının rəhbəri Aviqdor Liberman, İsrail XİN-in Yaxın Şərq bürosunun və Siyasi Araşdırmalar Mərkəzinin rəhbəri Amir Veissbrod, XİN-in Siyasi rəhbəri Alon Uşpiz, XİN-in Avro-Asiya və Balkanlar üzrə Baş direktorunun müavini Zvi Rav-Ner, həmçinin İsrail parlament qruplarının, lobbilərinin rəhbərləri və üzvləri ilə görüşüblər.
  • Yazılıb
  • da (də) 2016 Feb 14
  • Göndərən مدير سايت Aran News