Səlahəddin Özgündüz: Şiə İran deyib, sonra şiə məzhəbini hədəfə alan şəxslər İmperialistlərin əlaltılarıdır.
AranNews- Səlahəddin Özgündüz Cümə günü İstanbulun Halkalı bölgəsinin Zeynəbiyə məscidində cümə namazının xütbəsində miras, qardaş-bacı münasibətlərindən danışıb.
İmam cümə sonra Türkiyədəki PKK əməliyyatlarından da danışıb. O bu əməliyyatları dəstəklədiyini, lakin əməliyyatın kürd xalqına deyil, terrorçulara qarşı olduğunu bildirib.
Şeyx Özgündüz Türkiyənin müttəfiqlərinin “İsrail hilalı” üçün çalışdığını qeyd edərək deyib: “Şiə hilalı deyirdilər, lakin hazırda İsrail hilalı planları üstündə işləyirlər. Türkiyəni Türk və İslam dünyası ilə əlaqələrini məhv etmək istəyirlər. Bölgədə yeni dövlətçiklər təsis etməklə, böyük İsrail və ya İsrail hilalı layihələrinin gerçəkləşdirilməsi üçün addımlar atılmaqdadır. Yəhudi İsrail, müsəlman İsrail və Ermənistanın əlilə xristian İsrailin yaradılması istənilir. 6-7 il öncə mən demişdim, bizim dövlət indi ayılıb...”
Türkiyənin bölünməsi üçün də, işlər getdiyini bildirən Özgündüz “Türkiyənin bölünməsi üçün Qərb həmfikirdir. İran, İraq, Suriya və Türkiyənin mərkəzi hökümətləri bu mövzuda həmkarlıq etməsələr, bir-birinə oyun oynamağa cəhd edərlərsə, sonda hamısı bölünmə təhlükəsilə üzləşə bilər və beləliklə İsrail hilalı baş tutar. Əgər İran, İraq, Suriya və Türkiyənin mərkəzi hökümətləri ən azı bu məsələdə işbirliyində olsalar bütün dünya istəsə də, İsrail hilalı layihəsi baş tutmaz”, - deyə danışıb.
Özgündüz daha sonra İran və Türkiyənin dostluğunun İslam dünyası və İslamın sığortası olduğunu bidirib.
İmam cümə bu ölkələrin gələcəkdə baş verə biləcək bir-birinə qarşı toqquşmasını böyük fəlakət təhlükəsi kimi gördüyünü qeyd edib.
Səlahəddin Özgündüz İran mediasında Türkiyə xalqı və Türkiyə xalqının əksəriyyətini təşkil edən məzhəbə qarşı hər hansı bir sərt tənqid və ya təhqirə yol verilmədiyini bildirərək deyib: “Mən izləyirəm, siz də izləyirsiz. İran mediasında nə Türk xalqı, nə də məzhəbi tənqid və təhqir edilmir. Onlar Türkiyənin baş nazir və ya prezidentinin siyasətini tənqid edirlər. Burda da Ruhaninin, Zərifin siyasətini tənqid etsinlər. Bunun mənə dəxli yoxdur.”
İmam cümə sözlərinin davamında, İranin siyasətini tənqid edərək bildirib: şiə İran deyib, sonra isə şiə məzhəbini hədəfə alanlar, təhqir səsləndirənlər; bu söz qanunlara zidd olsada, buna görə cəza nədisə çəkməyə belə hazıram, odurki deyirəm– bu şəxslər İmperialistlərin əlaltılarıdır, bu şəxslər yobazdır (red: din donuna girən)”, - deyə danışıb.
Səlahəddin Özgündüz İranın həbs etdiyi ABŞ əsgərlərinin əməliyyatını da təqdirəlayiq hesab etdiyini, lakin əsgərlərin ağlama kadrlarının yayımlanmasını məqbul hesab etmədiyini bildirib.