Zərif: Region ölkələrinin reallıqları nəzərə alaraq xəyalları kənara qoymaları, Suriya xalqının tələbinə boyun əyməyə və bu ölkə xalqı üçün qərarları verməyə son qoymaları zəruri məsələdir.
Arannews- İran xarici işlər naziri deyib: Suriya xalqının qəyyuma ehtiyacı yoxdur və özləri öz gələcəkləri barəsində qərar verəcəklər.
Məhəmməd Cavad Zərif Brüsselə daxil olduğu zaman jurnalistlərə verdiyi müsahibədə bəzi ölkələrin Suriyaya qoşun yeritmək üzrə son iddialarını yalnız təbliğat şüarı adlandırıb və deyib: Bu ölkələrin imkanları və potensialları tamamilə aydındır və belə təbliğat blefləri ilə onlar üçün problem həll olmayacaq. İrəli sürülən ittihamlara gəlincə, bu ittihamlar regionda gərginlik və təhlükənin artmasına səbəb olur.
Zərif xatırladıb: Region ölkələrinin reallıqları nəzərə alaraq xəyalları kənara qoymaları, Suriya xalqının tələbinə boyun əyməyə və bu ölkə xalqı üçün qərarları verməyə son qoymaları zəruri məsələdir.
İran xarici işlər naziri Brüsselə səfərinin məqsədləri barəsində deyib: İran və Avropa Birliyi arasında müavinlər səviyyəsində danışıqlar başlanıb və Avropa Birliyinin xarici siyasət məsələləri üzrə koordinatoru xanım Federika Mogerininin İrana baş tutacaq səfərində bu danışıqlar bu birliyin müxtəlif komissarlarının iştirakı ilə davam edəcək.
Zərif həmçinin regionun önəmli məsələləri, o cümlədən Yəmən məsələsini bu səfərin iş gündəmində yer alan məsələlərdən adlandırıb və xatırladıb: Beynəlxalq ictimaiyyətin Səudiyyə Ərəbistanının Yəmən vətəndaşlarına qarşı qeyri-qanuni hücumlarına son qoymasını tələb etdiyi halda bu vəhşicəsinə müharibənin davam etməsi bu səfərdə araşdırılacaq məsələlərdən olacaqdır.