Bəhreyn xalqı inqilabının ildönümünün gəlib çatması münasibətilə bu ölkənin 38 məntəqəsində 43 dinc aksiya keçirilib.
Arannews- Bəhreyn İnsan Haqları Mərkəzi bu ölkədə anti-hökumət etirazlarının davam etdirilməsini vurğulayıb.
Bəhreyn İnsan Haqları Mərkəzi bildirib ki, Bəhreyn xalqı inqilabının ildönümünün gəlib çatması münasibətilə bu ölkənin 38 məntəqəsində 43 dinc aksiya keçirilib.
Bəhreyn İnsan Haqları Mərkəzi xəbər verib ki, Ali-Xəlifə rejiminin hərbçiləri keçirilən aksiyalar arasında on aksiyaya hücum edərək, aksiyaçılara tərəf gözyaşardıcı qaz işlədiblər.
Bəhreyn İnsan Haqları Mərkəzinin məlumatına görə, Ali-Xəlifə rejiminin repressiya ünsürləri on yeddi bəhreynlini, o sıradan on uşağı həbs ediblər. Bu etirazlarda iştirak edən üç nəfər atəş nəticəsində yaralanıbdır.