Tarix : 2016 Feb 15
Kod 47914

Müqavimət düşmənlərinin ona zərbə vurmaq üzrə hərəkətləri xülyadır

Müqavimət düşmənlərinin onu regionda təcrid etmək üzrə səyi məğlubiyyətə məhkumdur.
Arannews- Livan Hizbullahının Şəri Heyətinin rəhbəri Şeyx Məhəmməd Yəzbək Livan vətəndaşlarının islam inanclarında kökü olan və onların polad iradələrinə bağlı olan Müqavimət cərəyanını qələbənin simvolu adlandırıb və deyib: Müqavimət düşmənlərinin ona zərbə vurmaq üzrə hərəkətləri xülyadır.
Yəzbək Livanın bütün qruplarını hökuməti və ona bağlı qurumları dəstəkləməyə çağıraraq əlavə edib: Livanın problemlərinin yeganə həll yolu bütün cərəyanlar və partiyaların müzakirəsidir və problemlərin həlli üçün Livandan kənara ümid bəsləmək olmaz.
Müqavimətə Vəfalı Parlament Fraksiyasının rəhbəri Məhəmməd Rəd də regionda müqaviməti təcrid etmək üçün ağır xərclərin səfr olunduğuna toxunaraq deyib: İmperialist təcavüzkarların regional prosesləri dəyişməklə bağlı səyləri məğlubiyyətə uğrayıb.
Rəd əlavə edib: Firqələrarası məkrli planı tənzimləyənlər amerikalı-sionist-səudiyyəli planı dəstəkləyənlərdir.


  • Yazılıb
  • da (də) 2016 Feb 15
  • Göndərən مدير سايت Aran News