Tarix : 2016 Feb 16
Kod 47917

Türkiyədə təhlükəsizlik qüvvələri ilə PKK arasında atışma baş verib

gizlənmiş PKK zirehli texnika ilə reyd keçirən polisləri iriçaplı silahlardan intensiv atəşə tutublar.
Arannews- Türkiyənin Şırnak vilayətində təhlükəsizlik qüvvələri ilə PKK arasında atışma baş verib.
Vilayətin İdil rayonunda havanın qaralmasından sonra gərginlik başlayıb.
Rayonun Yeni və Atakənd məhəllələrində xəndəklərdə və barrikadaların arxasında gizlənmiş PKK zirehli texnika ilə reyd keçirən polisləri iriçaplı silahlardan intensiv atəşə tutublar.
Polisin onlara cavab atəşi açması ilə tərəflər arasında atışma baş verib. Bölgədə atışmanın getdikcə şiddətini artırdığı bildirilir.
Vaxtaşırı partlayış səslərinin də eşidildiyi rayon ərazisində atışmaların davam etdiyi bildirilir.
Həmçinin Mardin vilayətinin Nusaybin rayonunda PKK iki məktəbi yandırıb. Yerli mətbuat bildirir ki, PKK rayonun Yenişehir məhəlləsindəki “Yavuz Selim” ibtidai məktəbini və “Merkez” orta məktəbini yandırıblar. Yollarda qurulmuş barrikadalar və qazılmış xəndəklər səbəbindən yanğından mühafizə briqadaları hadisə yerinə gedə bilməyiblər.


  • Yazılıb
  • da (də) 2016 Feb 16
  • Göndərən مدير سايت Aran News