Tarix : 2016 Feb 16
Kod 47918

Ali-səud rejimi Yəməndə qadağan olunan bombalardan istifadə edir

qadağan olunmuş döyüş sursatlarından Yəmənin dinc sakinləri zərər çəkiblər.
Arannews- Human Rights Watch (HRW) hüquq müdafiə təşkilatı Səudiyyə Ərəbistanı rejimini Yəməndə beynəlxalq qanunvericilikdə qadağan olunan kasset bombalardan istifadə edəcəyini bildirib.
"Səudiyyə Ərəbistanı və onun koalisiya qüvvələri , həmçinin  amerikalı təchizatçıları kasset bombaların heç bir halda  istifadəsinə izn verməyən  "döyüş sursatları  haqqında qlobal  qanunlar"ı görməzdən gəlirlər", - deyə Yasaq edilmiş silahların istifadəsi məsələləsinə baxan təşkilatın  direktoru Stiv Qus öz hesabatında bildirib.
Təşkilat  öz hesabatında  kasset bombaların partlatdığı karkasların fotolarını təqdim edib. 
HRW  Hüquqmüdafiə Təşkilatı bəyan edib ki, qadağan olunmuş döyüş sursatlarından Yəmənin dinc sakinləri zərər çəkiblər.
"Səudiyyə Ərəbistanı başda olmaqla koalisiya qüvvələri  bu hücumların  nəticələrini göstərən  sübutlar barədə araşdırma aparmalı və kasset  sursatların istifadəsinin dərhal dayandırılmalıdır", - deyə təşkilatın bəyanatında bildirilir.


  • Yazılıb
  • da (də) 2016 Feb 16
  • Göndərən مدير سايت Aran News