Arannews- Human Rights Watch (HRW) hüquq müdafiə təşkilatı Səudiyyə Ərəbistanı rejimini Yəməndə beynəlxalq qanunvericilikdə qadağan olunan kasset bombalardan istifadə edəcəyini bildirib."Səudiyyə Ərəbistanı və onun koalisiya qüvvələri , həmçinin amerikalı təchizatçıları kasset bombaların heç bir halda istifadəsinə izn verməyən "döyüş sursatları haqqında qlobal qanunlar"ı görməzdən gəlirlər", - deyə Yasaq edilmiş silahların istifadəsi məsələləsinə baxan təşkilatın direktoru Stiv Qus öz hesabatında bildirib.
Təşkilat öz hesabatında kasset bombaların partlatdığı karkasların fotolarını təqdim edib.
HRW Hüquqmüdafiə Təşkilatı bəyan edib ki, qadağan olunmuş döyüş sursatlarından Yəmənin dinc sakinləri zərər çəkiblər.
"Səudiyyə Ərəbistanı başda olmaqla koalisiya qüvvələri bu hücumların nəticələrini göstərən sübutlar barədə araşdırma aparmalı və kasset sursatların istifadəsinin dərhal dayandırılmalıdır", - deyə təşkilatın bəyanatında bildirilir.