Tarix : 2016 Feb 16
Kod 47926

ABŞ TÜRKİYƏYƏ NOTA VERİB

ABŞ Dövlət Departamentinin sözçüsü Con Kirbi Türkiyə hökumətindən istəyib ki, Hələb şəhərində kürd yaraqlılarına qarşı hücumlarını dayandırsın.
Arannews- ABŞ Dövlət Departamenti Türkiyənin Suriyadakı hərbi əməliyyatlarını dayandırmasını istəyib.
ABŞ Dövlət Departamentinin sözçüsü Con Kirbi Türkiyə hökumətindən istəyib ki, Hələb şəhərində kürd yaraqlılarına qarşı hücumlarını dayandırsın.
Con Kirbi deyib: Suriyada vəziyyətin gərginləşməsinə səbəb olacaq rəftarlardan çəkinərək, atəşkəslə bağlı anlaşmanın icrasına münasib şərait yaradılmalıdır.
Türkiyə şənbə günü axşam saatlarından etibarən Suriya ordusunun mövqelərini bu ölkənin şimal-qərbində hədəfə alıb.
Suriya ordusunun strateji əhəmiyyətli Hələb şəhəri ətrafında uğurlar əldə etməsi Türkiyə və Ərəbistan hökumətinin ciddi narahatlığına səbəb olub.
ərəbistan da ötən həftə bildirib ki, Suriyaya quru qoşunları göndərmək niyyətindədir.

  • Yazılıb
  • da (də) 2016 Feb 16
  • Göndərən مدير سايت Aran News