Tarix : 2016 Feb 16
Kod 47927

Tanınmış erməni politoloqdan ŞOK AÇIQLAMA

Aleksandr Miqranyan: Ermənistan yalnız Rusiyadan bərk-bərk yapışmaq, formal dövlət kimi öz mövcudluğuna görə ona minnətdar olmaqda davam eləməkdir.
AranNews- Rusiya-Türkiyə münasibətlərinin kəskinləşməsi işğalçı Ermənistanda forpost ölkə olaraq həm narahatlığı artırıb, həm də deyəsən, yeni ümidlər yaradıb.
ermənilər son olaylar fonunda özlərinin Moskva üçün güclənən önəmini gözə soxaraq, Türkiyəyə qarşı ərazi iddialarına yeni nəfəs qazanacaqlarına ümidlidirlər.
1921-ci ildə imzalanmış və regional təhlükəsizliyin bərqərar edilməsində bu gün də mühüm rol oynayan Türkiyə-Rusiya və Qars müqavilələrinin ləğvi yönündə hərəkətililiyin arxasında məhz bu hədəflər durur. Lakin əksər ekspertlərə, o cümlədən, hətta bir sıra erməni analitiklərinə görə, belə şey gözlənilmir və Rusiyada bu məsələnin kommunistlərin əli ilə gündəmə gətirilməsi də sırf Ankaraya təzyiq niyyəti güdür. Bundan o tərəfə heç nə olmayacaq.
Ermənistana qalan isə yalnız Rusiyadan bərk-bərk yapışmaq, formal dövlət kimi öz mövcudluğuna görə ona minnətdar olmaqda davam eləməkdir.
Bu və digər məsələlərlə bağlı erməniəsilli tanınmış politoloq, uzun illər Rusiyada, son 8 ildə isə ABŞ-da yaşayan Andranik Miqranyanın Tert.am erməni nəşrinə verdiyi son müsahibəsi kifayət qədər diqqətçəkicidir.
Miqranyan deyib: “Erməni ictimaiyyəti başa düşməlidir ki, Ermənistan Türkiyə ilə – 80 milyonluq əhaliyə və nəhəng hərb maşınına malik, fəal şəkildə inkişaf edən bir dövlətlə qarşıdurmada heç bir şansı yoxdur. Odur ki, Rusiyanın zəmanətləri olmasa, Ermənistan heç kimə – nə ABŞ-a, nə İngiltərəyə, nə NATO-ya, heç kimə bel bağlaya, güvənə bilməz! Bu xüsusda vəziyyətdən çıxış edərək, – yeri gəlmişkən, bu barədə Vaşinqtonda da, Moskvada da demişəm, – qeyd edim ki, əgər Türkiyə hərbi təyyarəsi yenidən Ermənistanın sərhədini pozarsa, o zaman Ermənistanın və ya Rusiyanın HHQ-si türk təyyarəsini məhv edə bilər, bu halda onlar yalnız özlərindən küsməlidir. Söhbət təyyarənin yalnız Ermənistan ərazisindən vurulmasından gedir”.
Sərhəd pozuntusu məsələsini davam etdirən erməni politoloq daha sonra bildirib: “Deyəsən, ötən payız Türkiyənin hərbi vertolyotları Ermənistanın hava məkanını pozmuşdu? Onları vurmaq lazım idi ki, bilsinlər ki, bu – öz sərhədləri olan başqa bir dövlətdir. İndi də məqamdan istifadə edib vurmaq lazımdır. Bunu həmişə etmək lazımdır. Mən Ermənistan və Türkiyə arasında münaqişəni təşviq eləmirəm, ancaq Türkiyə tərəfi özünü çox abırsız aparır, Sürix protokollarından sonra isə ifrat kapriz göstərir. Ona görə də onlar bilməlidirlər ki, onlara qarşı da intizam qaydasında kontur-amil var, çünki mahiyyət etibarilə bu, Ermənistan ərazisi olmaqla yanaşı, həm də Rusiyanın qoruduğu KTMT ərazisidir”.
Bu yerdə jurnalist ona saxta erməni “soyqırımı” inkara görə cəza nəzərdə tutan qanun layihəsinin Rusiya Dövlət Dumasına təqdim edildiyini xatırladıb və ardınca onun aqibəti ilə maraqlanıb, eyni zamanda rusları “erməni məsələsi” ilə möhtəkirlik etməyə çalışmaqda qınayıb. Miqranyanın verilən suala və irada reaksiyası təhqiramiz olub: “Bu başabəla yerli vətənpərvərlər və rusofobların onlardan istifadə olunduğunu iddia eləməsi gülməlidir. Məgər istifadə eləməsələr, o zaman kimsə sizin problemlərinizi yada salacaqmı? Allaha şükür edin ki, türklər belə yanlışı yapıb və indi Rusiya dövləti bütün gücü ilə türkləri cəzalanadırmağa çalışır, bundan ötrü arxivdəki problemləri işıq üzünə çıxarır, çünki siz – yazıqlar hətta bütün səylərinizi birləşdirib 100 il çalışsanız da buna nail ola bilməzdiniz! Rusiyaya “sağ ol” demək lazımdır ki, o, Ermənistandan deyil, erməni məsələsindən istifadə edir.
  • Yazılıb
  • da (də) 2016 Feb 16
  • Göndərən مدير سايت Aran News