Yəməndə yoxsul əhalinin sayı Ərəbistanın Yəmənə olan hücumlarının ardınca 12 milyon nəfərdən 20 milyon nəfərə yüksəlib.
Arannews- Ərəbistan və müttəfiqlərinin Yəmənə olan hücumlarının davam etdiyi bir şəraitdə Dünya Bankı bildirib ki, Yəməndə yoxsul əhalinin sayı ölkə əhalisinin ümumi sayının 80%-ni ötüb.Dünya Bankı bir hesabat yayaraq, bildirib ki, Yəməndə yoxsul əhalinin sayı Ərəbistanın Yəmənə olan hücumlarının ardınca 12 milyon nəfərdən 20 milyon nəfərə yüksəlib.
Dünya Bankının hesabatında həmçinin deyilir: Yəmən əhalisinin təqribən 10 faizi yəni 2.5 milyon nəfər də evsiz qalıb.
Dünya Bankı Yəməndə insanların gündəlik ərzaq ilə təmin edilməsində ciddi problemlərin yarandığına işarə edərək, bildirib: Bir çox zavod və fabriklər habelə, əkin sahələri Ərəbistanın başçılıq etdiyi koalisiya tərəfindən bombardman edilib.
Ərəbistanın Yəmənə olan hücumları indiyə kimi minlərlə günahsız insanın şəhid olmasina yol açıb.