İran xarici işlər naziri: "Suriyada qanuni hökumət vardır və BMT tərəfindən onun qanuniliyi tanınb."
Arannews- İran xarici işlər naziri Məhəmməd Cavad Zərif Avropa Parlamendində iştirak etdikdən sonra bu parlamentin Xarici Əlaqələr Komitəsinin rəhbəri Elmar Brukla birlikdə mətbuat konfransında deyib: Suriyada qanuni hökumət vardır və BMT tərəfindən onun qanuniliyi tanınb.
İran xarici işlər naziri əlavə edib: Suriyada zəruri olan atəşkəsin bərqərar edilməsi və vətəndaşlar arasında siyasi dialoqun başlanmasıdır.
Zərif bildirib: Siyasi dialoqun müddəalarına diktə etmək dayandırılmalı və Suriya xalqı öz gələcəyi barəsində qərar verməlidir.
Məhəmməd Cavad Zərif region ölkələri paytaxtları, xüsusilə də Ər-Riyadda deyil, suriyalılar tərəfindən Suriya daxilində müzakirələrin nəticələrinin təyin olunmasını bəyan edərək deyib: Ali-Səud başçıları Suriya xalqı üçün qərar verə bilməzlər.