Arannews- İraqın qərbində Neynəva vilayətinin əməliyyat qüvvələri bu gün bir kütləvi qəbiri aşkarlayıblar.
Əl-Anbar Əməliyyat Komandanlığı bildirib: Vilayətin Ər-Rəmadi şəhərinin şərqində əl-Sufiyyə məntəqəsində aşkarlanan bu kütləvi qəbirdə 40 cəsəd vardır.
İraq ordusu bir müddət öncə Ər-Rəmadi şəhərini tam şəkildə İŞİD terrorçularından azad edib və hazırda bu şəhərin ətrafındakı bir neçə bölgənin azad olunmasına çalışır.
Suriyanın şərqindəki terrorçular İraqın əl-Anbar vilayəti ilə sərhəd bölgə olduğuna görə, asanlıqla öz qüvvələri və təchizatını bu vilayətə nəql edə və terror aktları törədə bilirlər.