Tarix : 2016 Feb 17
Kod 47934

fələstinli əsirlərin vəziyyəti təəssüfləndiricidir

Fələstinlilərin həbsi dalğasının genişlənməsi ilə sionist rejim həbsxanalarında vəziyyət daha da acınacaqlı olub.
Arannews- Fələstin Əsirlər Klubunun rəhbəri sionist rejim həbsxanalarında fələstinli əsirlərin vəziyyətini təəssüfləndirici adlandırıb.
Fələstin Əsirlər Klubunun rəhbəri Qüdsü işğal etmiş rejimin həbsxanalarında yeddi min iki yüzdən çox fələstinli əsirin acınacaqlı vəziyyətinə toxunaraq deyib: Fələstinlilərin həbsi dalğasının genişlənməsi ilə bu həbsxanalarda vəziyyət daha da acınacaqlı olub.
Fələstin Əsirlər Klubunun rəhbəri əlavə edib: Sionist rejim həbsxanalarının məmurları və başçıları sionist rejimin Nazirlər Kabineti və Knessetin nümayəndələrinin kin-küdurətli, nifrət dolu və təhrik edici açıqlamalarının təsiri altında fələstinli əsirlərlə qeyri-insani və pis rəftarlar edirlər.
Fələstn Əsirlər Klubunun rəhbəri Fələstin Özünüidarə Təşkilatının fələstinli əsirlərin əzab-əziyyətinn azaldılması üçün göstərdiyi səyləri təsirsiz adlandırıb və deyib: Qüdsü işğal etmiş rejim qanun tanımır və bu rejimin şərindən xilas olmağın yeganə yolu sionistlərin işğal etdiyi Fələstin ərazilərinin azad olunması üçün səyin göstərilməsidir.


  • Yazılıb
  • da (də) 2016 Feb 17
  • Göndərən مدير سايت Aran News