Konstantin Kosaçev: Türkiyə Suriyaya hərbi müdaxilə edəcəyi halda, bu addım Qərb tərəfindən dəstəklənməyəcək.
AranNews- bunu Rusiya Federasiya Şurasının Xarici Əlaqələr Komitəsinin sədri, Konstantin Kosaçev deyib.
Onun sözlərinə görə, Türkiyə Suriyaya hərbi müdaxilə edəcəyi halda, bu addım Qərb tərəfindən dəstəklənməyəcək.
“Ankaranın bu addımları Qərb müttəfiqləri tərəfindən dəstəklənməyəcək. Qərb Suriya böhranının danışıqlar yolu ilə həllinin tərəfdarıdır. Türkiyə Suriyaya daxil olarsa, İran ilə böyük bir müharibəyə başlayacaq. Ən pis ssenari isə Suriyadakı müharibədə Rusiya ilə qarşılaşmasıdır”.
Konstantin Kosaçev deyib ki, Rusiya son aylarda silahların gücünü Suriyada sübut edib və onlardan istifadə etməkdən çəkinməyəcəyini hər kəsə göstərib./ “RİA-Novosti”