Ardıcıll məğlubiyyətlər Ərəbistanla Türkiyəni ona vadar edibdir ki, beynəlxalq koalisiya bayrağı altında İŞİD-lə mübarizə bəhanəsilə suriyaya quru qoşunları göndərmək fikrinə düşsünlər.
Arannews- Livan Hizbullahının baş katibi deyib ki, Türkiyə və Ərəbistanın Suriyadakı fitnələri uğursuz qalıb və dalana dirənibdir.
Seyid Həsən Nəsrullah İmad Muğniyyə, Abbas Musəvi və Şeyx Rağib Hərb kimi müqavimət rəhbərlərinin şəhadətlərinin anımı münasibətilə belə qeyd edib: Suriyanın küdurətli düşmənləri özlərini regionda müharibə salmağa hazırlayıblar, lakin bu ölkə böhranının siyasi həlli üçün addım atmırlar.
Nəsrullah əlavə edib: Ardıcıll məğlubiyyətlər Ərəbistanla Türkiyəni ona vadar edibdir ki, beynəlxalq koalisiya bayrağı altında İŞİD-lə mübarizə bəhanəsilə bu ölkəyə quru qoşunları göndərmək fikrinə düşsünlər.
Livan Hizbullahının baş katibi əlavə edib: Biz heç bir düşmənə Suriyanı ələ keçirmək və işğal etmək icazəsi verməyəcəyik və sionist rejiminə də öz röyalarına nail olmaq icazəsi verməyəcəyik.
Seyid Həsən Nəsrullah belə qeyd edib: Suriyaya hücumda sionist rejiminin əli var, lakin indiyədək məğlub olubdur, zira hədəfi, Dəməşq hökumətini devirmək və ya Suriyanı parçalamaq idi ki, ona nail olmadı.
O, deyib: sionist rejimi Suriya prezidenti Bəşşar Əsədin hökumətinin davam etməsi və bu ölkənin milli barışıq proqramını özü üçün bir xətər bilir.
Seyid Həsən Nəsrullah söyləyib: sionist rejiminin Ərəbistan və Türkiyə ilə əlaqəsi var və bu iki ölkə ilə Bəşşar Əsəd hökumətinin devrilməsi barədə razılığa çatıbdır.
Livan Hizbullahının baş katibi əlavə edib: Əlqaidənin Suriyadakı qolları olan İŞİD və Cibhətunnusrə də bu ölkənin ələ keçirilməsi röyası və cahil bir hökumətin yaradılmasının reallaşmasında nakam qalıblar.