Tarix : 2016 Feb 17
Kod 47939

XİN: Azərbaycan Əsədin prezident qalması prosesi dəstəkləyir

Azərbaycan Əsədin varisi tərəfindən əvəzlənənə qədər prezident kimi qalmasını nəzərdə tutan hərtərəfli siyasi prosesi dəstəkləyir.
AranNews- Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev açıqlamasında bildirdi ki, xarici işlər nazirinin müavini,  Araz Əzimovun  ötən gün Avstriyanın “Die Presse” qəzetinə verdiyi müsahibədə Suriya münaqişəsi ilə bağlı ifadə etdiyi fikirlər Azərbaycanın rəsmi mövqeyidir.
Öz müsahibəsində Araz Əzimov bildirib ki, Bəşər Əsəd prezident kimi hazırda ərazi bütövlüyünün və təhlükəsizliyin yeganə qarantıdır. “Bəşər Əsədin ordusu hüquqi institutdur”, - deyə XİN rəsmisi qeyd edib.  
Rəsmi Bakı Bəşər Əsədi Suriyanın bütövlüyü və təhlükəsizliyinin yeganə qarantı hesab etsə də Azərbaycanın ən yaxın müttəfiqi Türkiyənin bu məsələyə baxışı tamamilə fərqlidir. Türkiyə rəsmiləri Bəşər Əsədin hakimiyyətdən getməli olduğunu dəfələrlə bəyan edib. Bunu nəzərə alan azərbaycanlı XİN nümayəndəsi qeyd edib ki, Azərbaycan Türkiyənin narahatlıqlarını başa düşür. "İraq Kürdüstanındakı PKK gücləri türklər üçün təhlükəsizlik problemidir. Suriyanın Türkiyə ilə şimal bölgələrində də kürdlər irəliləyir. Əgər sabah Əsəd getsə, biz buna qarşı çıxmayacağıq. Biz hərtərəfli stabilləşmə prosesinin tərəfdarıyıq, qurudan hücum əməliyyatlarının deyil.
Çünki istənilən koalisiya ora öz quru qüvvələrini göndərsə, xaos daha da böyüyəcək", - deyə XİN rəsmisi qeyd edib.
  • Yazılıb
  • da (də) 2016 Feb 17
  • Göndərən مدير سايت Aran News