Tarix : 2016 Feb 17
Kod 47940

Nigeriya xalqının etirazları davam edir

Nigeriyəlilər Şeyx İbrahim Zəkzakinin həbsdə saxlanılmasına etirazlarını bildiriblər.
Arannews- Nigeriyanın şimalında yerləşən Bavçi şəhərinin əhalisi ölkə şiələrinin rəhbəri Şeyx İbrahim Zəkzakinin həbsdə saxlanılmasına etirazlarını bildiriblər. 
Etiraz aksiyasında iştirak edənlər dekabr ayında saxlanılan Şeyx Zəkzaki və digər Əhli-Beyt (ə) aşiqlərinin azadlığa buraxılmasını tələb ediblər. 
Məlumatda bildirilir ki, bazar günü və bazar ertəsi Nigeriyanın Kaduna və Yuri şəhərlərində də oxşar etiraz aksiyaları keçirilib.
Cari ilin yanvar ayında Nigeriya İslami Hərakatının sözçüsü İbrahim Musa bəyanat yayaraq bildirib ki, bizdə olan siyahıya görə dekabrda baş verən o faciədən sonra 5000-nə yaxin  kişi və qadın itgin düşüb. “Bu şəxslər ya ordu qüvvələri tərəfindən şəhid edilib, ya həbs olunublar. Lakin onların taleyi ilə bağlı heç bir məlumat yoxdur.”
İ. Musa deyib ki, Nigeriya İslami Hərakatına üzv olan 220 nəfər hazırda Kaduna həbsxanasında saxlanılır.


  • Yazılıb
  • da (də) 2016 Feb 17
  • Göndərən مدير سايت Aran News