Səudiyyənin Suriyaya quru qoşunları göndərmək qərarının öz qərarı terrorla mübarizə ilə heç bir əlaqəsi yoxdur.
Arannews- Misir tərəfi Səudiyyə Ərəbistanının Suriyaya quru qoşunları yeritmə istəyilə razı deyil.Misirin Xarici İşlər naziri Samih Şükrü Küveyt XİN rəhbərilə birlikdə keçirdiyi mətbuat konfransında bu haqda danışıb.
O Səudiyyənin Suriyaya quru qoşunları göndərmək qərarının öz qərarı olduğunu və bunun terrorla mübarizə ilə heç bir əlaqəsinin olmadığını bildirib.
Misirin bu məsələdə Səud rejimilə razı olmadığını işarə edən misirli nazir "Misir, Suriyada problemin siyasi həll yolunu dəstəkləyir", - deyə danışıb.
Bu arada jurnallardan birinə müsahibə verən Misir prezidenti Əbdülfəttah Sisi Suriyanın torpaq bütünlüyünü dəstəklədiyini bildirib.
O müsahibəsində "Liviyada olduğu kimi Suriyada terrorçuların yayılmasına izin verilməməlidir. Bizlər Suriyanı uzun müddət öz halına buraxdıq və bu ölkədə hazırda vəziyyət qarışıqdır. Əgər biz iki il əvvəl bu problemi həll etsəydik, hazırki vəziyyətə şahid olmazdıq", - deyə qeyd edib.
Xatırladaq ki, Səudiyyə rəsmiləri Suriyaya quru qoşunu yeritmək istəyilə bağlı çıxışı zamanı bütün ərəb ölkələrinin Suriyaya quru qoşunlarının yeridilməsinə razı olduğunu bildirmişdi.