Amerika və hətta Amerikadan böyüyü də İran xalqı qarşısında heç bir qələt eləyə bilməyəcək.
Arannews- İslam İnqilabının Böyük Rəhbəri İran xalqının İslam Şurası Məclisi və Rəhbərlik Xübreqanı Məclisinə qarşıdakı seçkilərdə geniş və agahcasına iştirakını düşmənlərin fitnələrinin zərərsizləşməsi amili adlandırıblar.
İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahuluzma Xamenei Təbriz əhalisinin 1356-cı günəş ili 29 bəhmən qiyamının ildönümü günü ərəfəsində Şərqi Azərbaycan ostanı əhalisinin müxtəlif təbəqələrindən olan minlərlə nəfərlə görüşdə vurğulayıblar ki, qarşıdakı 26 fevral seçkiləri xalqın oyanışı, başıucalığı, quruluş və istiqlaliliyyəti müdafiə simvoludur. O həzrət deyiblər ki, xalq qarşıdakı seçkilərdə hərtərəfli və agahcasına iştirakla düşmənin istəyinin əksinə hərəkət edəcək.
Həzrət Ayətullahuluzma Xamenei əlavə ediblər: Düşmən seçkilər üçün xas bir proqramlaşdırma ilə özünün hazırladığı fitnənin reallaşması ardıncadır. Buna görə, İran xalqı ölkənin əsas sahibi kimi, bəzi həqiqətlərdən agah olmalıdır ki, bu alçaq niyyətlər reallaşmasın.
O həzrət söyləyiblər: İslam İnqilabının qələbəsinin əvvəlindən əcnəbilərin planı, İranda seçkilərin keçirilməsinin qarşısının alınması olubdur və bəzi səylər də göstəriblər, amma məyus olduqlarına görə, son illərdə seçkiləri sual altına almaqda təmərküzləşərək, seçkilərə nüfuz göstərmək istəyirlər.
İslam İnqilabının Böyük Rəhbəri Amerikanın və bir çox avropalı dövlətin siyasətlərinin sionist şəbəkənin nüfuzu və hökmranlığı altında olduğunu bildirərək, deyiblər: Amerikalıların nüvə məsələsindəki fəaliyyətləri də bu çərçivədə dəyərləndirilməlidir.
Həzrət Ayətullahuluzma Xamenei bir amerikalı rəsminin Vaşinqtonun İranda dünya investorları üçün maneə törətməsinə dair son sözlərinə toxunaraq, əlavə ediblər: Bu kimi sözlər Amerikanın İran xalqı ilə düşmənçiliyinin dərinliyini göstərir.
İslam İnqilabının Böyük Rəhbəri həmçinin bu ilin 22 bəhmənində İslam İnqilabı qələbəsinin ildönümü günü yürüşü üzrə əzəmətli qəhrəmanlıq yaratmasına görə, İran xalqına təşəkkür edərək, onu, xalqın oyanışı, müqaviməti və əzmkarlığının nişanəsi adlandırıb və belə deyiblər: Allah-Taala-nın köməkliyi ilə İran gəncləri bir gün görəcəklər ki, Amerika və hətta Amerikadan böyüyü də İran xalqı qarşısında heç bir qələt eləyə bilməyəcək.
Həzrət Ayətullahuluzma Xamenei çıxışlarının digər bir hissəsində vurğulayıblar ki, müqavimət iqtisadiyyatı İranın ətrafına hasar çəkmək demək deyildir. O həzrət əlavə ediblər: Müqavimət iqtisadiyyatı daxili və xarici yönümlüdür, yəni əgər milli iqtisadiyyat daxildən coşmazsa, bir yerə çatmayacaq.
İslam İnqilabının Böyük Rəhbəri dünya ölkələri ilə iqtisadi anlaşmanı yaxşı adlandırıb və belə qeyd ediblər: Əlbəttə, bu anlaşma sayıqcasına və onun nəticəsi, iqtisadiyyatın daxilindən yaranmalıdır və bu hədəfə çatmaq da xalqın müqaviməti və rəsmilərin agahcasına hərəkətindən savayı ayrı yolla müyəssər olmayacaqdır.