Tarix : 2016 Feb 18
Kod 47946

Yəməndə terror akti baş verib

yəmənda bomba qoyulmuş bir avtomobilin partlaması nəticəsində bir qrup sivil şəhid olub.
Arannews- Yəmənin cənubunda, Ədən şəhərinin qərbində bomba qoyulmuş bir avtomobilin partlaması nəticəsində bir qrup sivil şəhid olub.

çərşənbə günü Ədən şəhərinin qərbindəki Rəs İsa düşərgəsində bomba qoyulmuş bir avtomobilin şiddətlə partlaması nəticəsində azı on nəfər şəhid olub, bir qrup insan da yaralanıbdır.

Çərşənbə axşamı günü də Ədən valisi və onun təhlükəsizlik idarəsinin müdiri Əlmənsurə məhəlləsində terrorçular tərəfindən edilən sui-qəsddən salamat qurtarmışdı.

Yəmən barədəki digər bir xəbərdə səudiyyə qırıcıları Səna vilayətindəki bir şəhərin yaşayış massivlərini hədəfə alıblar. Nəticədə on üç mülki, o sıradan bir neçə qadın və uşaq şəhid olub.

Ərəbistanın başçılıq etdiyi təcavüzkar koalisiyanın Yəmənə hücumları 2015-ci ilin martından bəri səkkiz min nəfərdən çox insanın şəhid olmasi və minlərlə nəfərin də yaralanması ilə nəticələnib.

Ərəbistanın və müttəfiqlərinin Yəmənə qarşı on bir aylıq hücumlarının nəticəsi, milyonlarla didərgindir.


  • Yazılıb
  • da (də) 2016 Feb 18
  • Göndərən مدير سايت Aran News